logo

Bakıda 12 məktəbdə əyani təhsil dayandırıldı

17:57 17-05-2021 | icon 4935
Bakıda 12 məktəbdə əyani təhsil dayandırıldı

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris qismən bərpa edilib.

Lakin, bu, paytaxtın bütün məktəblərinə şamil edilməyib.Belə ki, Bakı şəhərində bəzi məktəblərdə dərslər hələlik onlayn davam edəcək.

YeniAvropa xəbər verir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində aparılan əsaslı və cari təmir işləri ilə əlaqədar 12 orta məktəbin şagirdləri üçün distand təhsil davam edəcək.
 
Bunlar 322, 106, 269, 17, 95, 114, 299, 137, 126, 71, 307 və 146 saylı orta məktəblərdir. 
 
Bakı şəhər üzrə Təhsil İdarəsindən bildirilib ki, təmir işləri bitənə qədər adı çəkilən məktəblərdə dərslər onlayn davam edəcək.