logo

“Eurovision2021” müsabiqəsi başladı

21:59 16-05-2021 | icon 19425
“Eurovision2021” müsabiqəsi başladı
"Eurovision 2021” mahnı müsabiqəsinin açılış mərasimi keçirilir.
 
YeniAvropa xəbər verir ki, builki müsabiqəyə Niderlandın Rotterdam şəhəri ev sahibliyi edir.
 
Bir qədər müsabiqə iştirakçıları Firuzəyi Xalçadan  keçəcəklər.
 
Xatırladaq ki,  Polşa nümayəndə heyətinin  üzvündə ötən gün "COVID-19” aşkarlandığına görə, Polşa deleqasiyası bu gün keçiriləcək rəsmi açılış mərasimində yer almayacaq.
 
Qeyd edək ki, yarımfinal mayın 18 və 20-də, final isə 22-də keçiriləcək. Ölkəmizi bu müsabiqədə Samirə Əfəndi "Mata Hari” mahnısı ilə təmsil edəcək. Təmsilçimiz birinci yarımfinalda çıxış edəcək.