logo

Gəncədə iki təcili yardım maşını toqquşub: həkim yaralandı

21:20 16-05-2021 | icon 8771
Gəncədə iki təcili yardım maşını toqquşub: həkim yaralandı

Gəncə şəhərində iki təcili tibbi yardım maşını toqquşub.

YeniAvropa xəbər verir ki, hadisə şəhərin Mirzə Abbaszadə küçəsi ilə Əziz Əliyev prospektinin kəsişməsində qeydə alınıb. 

Qəza zamanı bir həkim və bir sürücü xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.