logo

Məşhur ABBA qrupu 35 ildən sonra ilk dəfə iki yeni mahnı yazdırıb

15:33 28-04-2018 | icon 4963
Məşhur ABBA qrupu 35 ildən sonra ilk dəfə iki yeni mahnı yazdırıb

İsveçin məşhur ABBA qrupu 35 ildən sonra ilk dəfə iki yeni mahnı yazdırıb.

YeniAvropa "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bu barədə kvartet “Instagram” hesabında məlumat yayıb.

“Dördümüz də 35 ildən sonra səylərimizi yenidən birləşdirməyin maraqlı olacağını düşündük və bir araya gəldik. Bizə elə gəldi ki, bütün bu zaman ərzində heç nə dəyişməyib və biz qısa müddətliyə məzuniyyətə çıxmışıq. Ola bilsin, biz qocalmışıq, amma mahnı yenidir və bu, yaxşıdır!”, - deyə müğənnilər bildiriblər.

Qeyd edək ki, ABBA qrupu 1972-ci ildə yaradılıb. On ildən sonra kvartet dağılıb. Bu müddət ərzində qrup tarixin ən məşhur pop-qruplarından birinə çevrilə bilib.