logo

Paşinyan Putindən hərbi yardım istədi

21:14 14-05-2021 | icon 2870
Paşinyan Putindən hərbi yardım istədi

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə hərbi yardımla bağlı müraciət edib.

YeniAvropa "RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Nikol Paşinyan  Ermənistanın sərhəddində baş verən hadisələrlə həsr olunan hökumətin bugünkü növbədənkənar iclasında məlumat verib.

 Onun sözlərinə görə, bundan sonra Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının nümayəndələri Sünik vilayətində sərhəddə yaranmış gərginlik, eləcə də sərhəddin koordinatlarının müəyyən edilməsi ilə bağlı Azərbaycan Silahlı Qüvvələrinin səlahiyyətli şəxsləri ilə danışıqlar prosesinə qoşulublar.Tərəflər mövcud xəritələr əsasında danışıqlar aparıblar.

"Hələlik bugünlük  danışıqlar prosesi dayandırılıb.Lakin sabah saat 15-00-dan etibarən sərhəd koordinatları ilə bağlı danışıqlar yenidən davam etdiriləcək",-deyə Paşinyan vurğulayıb.