logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 740 minə çatır

16:10 14-05-2021 | icon 3360
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 740 minə çatır

Mayın 14-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 13 min 107 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 3127, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 9980 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 761 min 632-yə çatıb. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 22 min 479, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 739 min 153 nəfərdir.