logo

Əfqanıstan prezidenti İlham Əliyevi təbrik etdi

15:45 14-05-2021 | icon 1995
Əfqanıstan prezidenti İlham Əliyevi təbrik etdi

Mayın 14-də Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Əfqanıstan prezidenti dövlət başçısını və Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib, firavanlıq arzu edib.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Əfqanıstan prezidentinə minnətdarlığını bildirib və öz növbəsində Məhəmməd Əşrəf Qanini və Əfqanıstan xalqını Ramazan bayramı münasibətilə təbrik edərək sülh və əmin-amanlıq arzulayıb.

Əfqanıstan prezidenti Azərbaycanın ölkəsinə verdiyi dəstəyə görə bir daha dövlət başçısına təşəkkür edib. Azərbaycan prezidenti Ermənistan-Azərbaycan müharibəsi dövründə Əfqanıstanın Azərbaycana göstərdiyi dəstəyə görə Məhəmməd Əşrəf Qaniyə bir daha minnətdarlıq ifadə edib.

Söhbət zamanı Azərbaycanla Əfqanıstan arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminlik ifadə edilib.