logo

Yasamalda 26 yaşlı oğlan özünü 17-ci mərtəbədən atdı

15:20 14-05-2021 | icon 7672
Yasamalda 26 yaşlı oğlan özünü 17-ci mərtəbədən atdı

Paytaxtın Yasamal rayonu ərazisində gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır.

YeniAvropa xəbər verir ki, bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlunun yaşadığı binanın 17-ci mərtəbəsindən özünü yerə ataraq intihar etməsi ilə bağlı Yasamal rayon Prokurorluğuna daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin edilib, o cümlədən digər zəruri prosessual tədbirlər həyata keçirilib.

Hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.