logo

BMT-nin baş katibi tərəflərə çağırış etdi: Döyüşlərə son qoyun!

13:13 14-05-2021 | icon 2905
BMT-nin baş katibi tərəflərə çağırış etdi: Döyüşlərə son qoyun!
BMT-nin baş katibi Antonio Quterreş İsrail-Fələstin münaqişəsində gərginliyin azaldılmasına və tərəflər arasında hərbi döyüşlərin son qoyulmasına çağırıb.

YeniAvropa xəbər verir ki, bu barədə A.Quterreş özünün "Twitter" hesabında status paylaşıb.

Baş katib statusunda qeyd edib: "Fitr Bayramı ruhuna hörmət olaraq, dərhal Qəzza bölgəsi və İsraildə gərginliyin azaldılmasına və döyüşlərin dayandırılmasına çağırıram. Həddindən artıq çox günahsız dinc insan həlak olub. Bu münaqişə yalnız bölgədəki qarşıdurmanın kəskinləşməsini və ekstremist fəaliyyətləri şiddətləndirə bilər".