logo

ABŞ hərbçilərini Əfqanıstandan çıxarmağa başlayıb

12:04 14-05-2021 | icon 2814
ABŞ hərbçilərini Əfqanıstandan çıxarmağa başlayıb

Amerika hərbçiləri Əfqanıstanı tədricən tərk etməyə başlayıblar.

YeniAvropa xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın "CNN" televiziya kanalı yayıb. Məlumatda bildirilir ki, ABŞ-ın Əfqanıstanın Qəndəhar şəhəri yaxınlığındakı hərbi bazasının əsgər və zabitləri bazanı tərk edərək ABŞ-a qayıdıblar.

Hərbi baza isə Əfqanıstanın hökumət qüvvələrinə təhvil verilib.

"CNN" telekanalının bu barədə yaydığı məlumatı Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi də təsdiqləyib.

Qeyd edək ki, Qəndəhar yaxınlığındakı hərbi baza Əfqanıstan ərazisindəki ən böyük hərbi bazadır. Burada ABŞ hərbçiləri ilə yanaşı beynəlxalq kaolisiyaya daxil olan dövlətlərin də 26 min hərbçisi xidmət edirdi.