logo

"EURO-2020"nin rəsmi mahnısı təqdim olundu - Video

11:44 14-05-2021 | icon 2940
"EURO-2020"nin rəsmi mahnısı təqdim olundu - Video

COVİD-19 səbəbindən ötən ildən təxirə salınan  "EURO-2020"nin final mərhələsinin rəsmi mahnısı təqdim olunub.

YeniAvropa xəbər verir ki, mahnını niderlandlı "dicey" Martin Qarriks və İrlandiyadan olan “U2 Bono and Edj” rok qrupu ifa edir.

“We Are The People” adlanan musiqi parçasının tərcüməsi “Biz insanlarıq” deməkdir. M.Qarriks bu mahnını öz səhifəsində paylaşıb.

Xatırladaq ki, iyunun 11-dən iyulun 11-dək keçiriləcək qitə çempionatının final oyunları 11 şəhərdə, o cümlədən Bakıda baş tutacaq.