logo

ABŞ Azərbaycan-Ermənistan dövlət sərhəddindəki gərginlikdən narahatdır

10:14 14-05-2021 | icon 3045
ABŞ Azərbaycan-Ermənistan dövlət sərhəddindəki gərginlikdən narahatdır

ABŞ administrasiyası Azərbaycanı və Ermənistanı iki ölkənin dövlət sərhədindəki gərginliyi azaltmağa çağırıb.

YeniAvropa xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün "Twitter" hesabında yazıb.

N.Prays qeyd edib ki, ABŞ hökuməti Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyir.

Rəsmi Vaşinqtonun tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşdüyünü, vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırdığını bildirib.