logo

Prezident və ailəsi “Xarıbülbül” festivalının ikinci günündə-FOTOLAR

18:29 13-05-2021 | icon 13384
Prezident və ailəsi “Xarıbülbül” festivalının ikinci günündə-FOTOLAR

Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı mayın 13-də qala-konsertlə davam edib.

YeniAvropa xəbər verir ki,prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar festival ifaçılarının çıxışlarını dinləyiblər.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən sonra ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı incəsənət xadimlərinin “Azərbaycan” mahnısının birgə ifası ilə yekunlaşıb.

Konsert bitəndən sonra prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalda iştirak edən incəsənət xadimləri ilə görüşüblər. Cıdır düzündə hamı birlikdə “Qarabağ Azərbaycandır!” söyləyib.