logo

Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək-İlham Əliyev

17:51 12-05-2021 | icon 1932
Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək-İlham Əliyev

Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu sözləri prezident İlham Əliyev mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalının açılışındakı çıxışında bildirib.

Dövlət başçısı deyib: “Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”.