logo

Prezident İlham Əliyev Şuşada “Xan qızı” bulağından su içdi

16:56 12-05-2021 | icon 1939
Prezident İlham Əliyev Şuşada “Xan qızı” bulağından su içdi

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar mayın 12-də Şuşada “Xan qızı” bulağında olublar.

 YeniAvropa xəbər verir ki, dövlət başçısı və ailə üzvləri bulağın suyundan içiblər.

Mərasimdə prezident İlham Əliyev çıxış edib:

- Natəvan bulağından yenə su gəlir. “Xan qızı Natəvan” bulağını bərpa etmişik. Keçən dəfə yanvar ayında Şuşada olarkən demişdim ki, Natəvan bulağını bərpa edəcəyik. Yenə də bulaq Şuşa sakinlərinin, qonaqların sərəncamına veriləcəkdir. Mənfur düşmən bu bulağı qurutmuşdu, bütün bulaqları qurutmuşdu. Bu da onu göstərir ki, Şuşa həmişə ermənilər üçün yad şəhər olub. İndi isə Şuşa dirçəlir və Şuşanın rəmzlərindən biri olan “Xan qızı” bulağı bərpa edilib. Bu gün bu bulaqdan su içmişəm.