logo

 “Xarıbülbül” festivalı 29 il sonra yenidən Cıdır düzündə 

14:14 12-05-2021 | icon 7588
 “Xarıbülbül” festivalı 29 il sonra yenidən Cıdır düzündə 

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalına start verilib. 

YeniAvropa xəbər verir ki, bu barədə  festival iştirakçıları sosial şəbəkələrdə fotolar paylaşıblar. Qeyd edilib ki, Cıdır düzündə təşkil olunan festivalda tanınmış musiqi kollektivləri çıxış edirlər. 

Qeyd edək ki, “Xarıbülbül” musiqi festival Şuşanın Ermənistanın işğalından azad olunmasından sonra ilk dəfədir ki, keçirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan festivalın iki gün davam edəcək.

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək.

Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.