logo

Mehriban Əliyeva "İnstaqram"da İlham Əliyevin Qarabağa növbəti səfərdən yazdı

11:41 12-05-2021 | icon 3976
Mehriban Əliyeva "İnstaqram"da İlham Əliyevin Qarabağa növbəti səfərdən yazdı

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb.

  YeniAvropa xəbər verir ki, paylaşımda deyilir:

"Əziz bacılar və qardaşlar!

Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN"