logo

Əmioğlular mağazadan qızıl zinət əşyaları oğurladılar

11:27 12-05-2021 | icon 2555
Əmioğlular mağazadan qızıl zinət əşyaları oğurladılar

Masallı şəhər sakini E.Abdinov rayon Polis Şöbəsinə müraciət edərək özünə məxsus ərzaq mağazasından ümumilikdə dəyəri 5420 manat olan tütün məmulatlarının və həmin mağazada saxladığı qızıl zinət əşyalarının oğurlandığını bildirib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirlib. Qeyd edilib ki, Masallı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların Masallı rayon sakinləri E.Kərimov və onun əmisi oğlu, əvvəllər məhkum olunmuş B.Kərimov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.