Türkiyədə son sutkada koronavirusdan 278 nəfər vəfat edib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 226 min 452 nəfər test edilib, onlardan 14 min 497-nin koronavirus testi pozitiv nəticə verib, 22 min 253 nəfər sağalıb, 2 min 975 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 43 min 589 nəfər ölüb.