logo

Göyçayda dayı yatan bacıqızını yastıqla boğub öldürdü

19:11 11-05-2021 | icon 1974
Göyçayda dayı yatan bacıqızını yastıqla boğub öldürdü

Mayın 9-da saat 07 radələrində Bığır kəndində yaşayan bir nəfərin guya dəm qazından ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Göyçay rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, istintaqla rayon sakini Vüqar Bədəlovun həmin tarixdə saat 06 radələrində evinə qonaq gələn bacısı qızı Fatma Məmmədovanı yatan zaman qısqanclıq zəminində yastıqla boğaraq öldürdüyü müəyyənləşdirilib.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vüqar Bədəlov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq aparılır.