logo

COVİD-19-a qarşı II mərhələ peyvənd olanların sayı 700 min nəfərə çatır

17:57 11-05-2021 | icon 7105
COVİD-19-a qarşı II mərhələ peyvənd olanların sayı 700 min nəfərə çatır

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 339 vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 556 nəfər təşkil edib.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 705 906, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 009 487, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 696 419təşkil edir.