logo

Rusiyanın xarici işlər naziri Bakıda  Şəhidlər xiyabanında 

11:06 11-05-2021 | icon 5068
Rusiyanın xarici işlər naziri Bakıda  Şəhidlər xiyabanında 

Azərbaycan Respublikasında səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 11-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb.

 YeniAvropa xəbər verir ki,  Rusiyanın xarici işlər naziri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Azərbaycanda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün həmçinin, Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və 1941-45 Böyük Vətən Müharibəsi memorial abidəsini də ziyarət edib.

 
Lavrov Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar
Lavrov Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar