logo

Əməkdar artist yenidən xəstəxanaya yerləşdirildi

14:20 09-05-2021 | icon 44324
Əməkdar artist yenidən xəstəxanaya yerləşdirildi

Əməkdar artist Zöhrə Abdullayeva yenidən xəstəxanaya yerləşdirilib.

 YeniAvropa xəbər verir ki, bu barədə müğənninin yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

Qeyd edilib ki, qəflətən müğənninin səhhəti pisləşdiyindən ötən gün onu xəstəxanaya yerlışdiriblər.Hazırda  Z.Abdullayeva həkim nəzarətindədir.

Xatırladaq ki,  müğənni revmotizmadan əziyyət çəkirdi. Bir qədər əvvəl , o mətbuata açıqlamasında yanlış müalicə olunduğu üçün ayaqlarının tutulduğunu demişdi. Xəstəliklə əlaqədar Z.Abdullayeva 30 kiloqram arıqlayıb.