logo

MN Vətən müharibəsində şəhid olmuş hərbilərin yeni siyahısını dərc edib

15:59 08-05-2021 | icon 6405
MN Vətən müharibəsində şəhid olmuş hərbilərin yeni siyahısını dərc edib

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib.

YeniAvropa Nazirliyin saytına istinadla xəbər verir ki, siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından mayın 8-dək dəfn edilən 2895 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 19 nəfərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı