logo

Sinoptiklərdən şimşək, intensiv yağış və güclü külək xəbərdarlığı

15:45 08-05-2021 | icon 6496
Sinoptiklərdən şimşək, intensiv yağış və güclü külək xəbərdarlığı

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, mayın 9-da gündüz Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20-23 metrədək güclənəcəyi, mayın 10-da isə şimal-qərb küləyinin əsəcəyi, sürətinin 15-20, arabir 23-28 metr/saniyə olacağı, səhər yarımadanın bəzi yerlərində arabir 30 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, mayın 10-da gecə və səhər yağış yağacaq.

Mayın 9-u axşam qərb rayonlarından başlayaraq 10-u axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, sürəti arabir 15-20 metr/saniyə olacaq, mayın 10-da ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.