logo

Bir qrup mədəniyyət xadimlərinə  Prezidentinin fərdi təqaüdü verildi

20:34 07-05-2021 | icon 1827
Bir qrup mədəniyyət xadimlərinə  Prezidentinin fərdi təqaüdü verildi

Prezident İlham Əliyev mayın 7-də "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında" sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

"1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Mahmudov Abduləhəd Əlisa oğlu

Mirzəhəsənov Hüseyn-Səfa Qvaməddin oğlu

Nurzadə Əli Qayıb oğlu

Seyidov Uran Seyid Musa oğlu

Şarovskaya Natalya Yuryevna.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".