logo

Paytaxtda küçələrin birinə general Polad Həşimovun adı verildi

17:26 07-05-2021 | icon 2653
Paytaxtda küçələrin birinə general Polad Həşimovun adı verildi

Bakıda küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib.

YeniAvropa xəbər verir ki, paytaxtın Xətai rayonu, Zığ qəsəbəsində yerləşən admiral Naximov küçəsinin adı dəyişdirililib. 

Dəyişikliyə əsasən, bundan sonra admiral Naximov küçəsi Polad Həşimov küçəsi adlandırılacaq.

Qeyd edək ki, Azərbaycan Ordusu üçün gələcək kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına hərbi lisey bu küçədə yerləşir.