logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 630 mini ötdü

17:07 07-05-2021 | icon 3388
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 630 mini ötdü

Mayın 7-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 33 min 33 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4148, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 28885 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 626 min 916-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 996 min 400, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 630 min 516 nəfərdir.