logo

Azərbaycanda daha 722 nəfər koronavirusa yoluxdu, 15 nəfər öldü

16:55 07-05-2021 | icon 3038
Azərbaycanda daha 722 nəfər koronavirusa yoluxdu, 15 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 1854 nəfər müalicə olunaraq sağalıb, 722 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 325 min 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 302 min 860 nəfər müalicə olunaraq sağalıb, 4650 nəfər vəfat edib. Aktiv xəstə sayı 17897 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 311 min 267 test aparılıb. Bugünkü test sayı isə 10686-dır.