logo

Xalq artisti Arif Quliyev vəfat edib

08:52 07-05-2021 | icon 6447
Xalq artisti Arif Quliyev vəfat edib

Xalq artisti Arif Quliyev ötən gecə vəfat edib.

YeniAvropa xəbər verir ki, bir müddət əvvəl COVID-19-a yoluxan xalq artisti "Yeni Klinika"da müalicə olunurdu.

Həkimlər xalq artistinin ağciyərlərinin 99 %-nin zədələndiyi üçün onu ötən həftə ECMO cihazına qoşmuşdular. Lakin bu cihaz da aktyoru həyata qaytara bilməyib.

Qeyd edək ki, Arif Quliyev 1950-ci ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan) anadan olub.

Onun “Şans”, “Bığ əhvalatı”, “Qaynana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdı. Bundan başqa, aktyor “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” kimi bədii filmlərdə canlandırdığı obrazlarla yadda qalmışdı.

Arif Quliyev 1993-cü ildə xalq artisti fəxri adına layiq görülmüşdü.

Allah rəhmət eləsin!