logo

Ərdəbildə İran-Azərbaycan birgə  sənaye parkı yaradılır

13:55 01-05-2021 | icon 3248
Ərdəbildə İran-Azərbaycan birgə  sənaye parkı yaradılır

Ərdəbildə Azad Ticarət Zonasının (ATZ) yaradılması İran ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin genişlənməsinə səbəb olacaq və hər iki dövlətin sərhədyanı rayonlarının sosial vəziyyəti daha da yüksələcək.

YeniAvropa xəbər verir ki, bu sözləri İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib. O bildirib ki, ATZ yaradıması lahiyəsi İran hökuməti və parlamenti tərəfindən qəbul edilib. Layihə Ekspertlər Şurasının iqtisadiyyat və infrastruktur komitəsi tərəfindən təsdiqləndikdən sonra icrasına başlanacaq.

Vali diqqətə çatdırıb ki, Ərdəbil vilayətində İran ilə Azərbaycanın birgə sənaye parkanın yaradılması yeni ideyadır və başqa ölkələr arasında olmayıb. Onun sözlərinə görə, Ərdəbil ilə digər vilayətlərin dəmir yolu ilə birləşməsinə dair də layihə hazırlanıb. Gələcəkdə Ərdəbilin də Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yoluna birləşdirilməsi planı da var.

Ə.Bəhnamcu bildirib ki, ötən il Biləsuvar gömrüyü vasitəsilə həyata keçirilən ticarət dövriyyəsinin dəyəri 70 faiz artaraq 250 milyon ABŞ dolları təşkil edib.