logo

Azərbaycan nefti maksimum həddə bahalaşıb- 67,71 dollar

11:08 30-04-2021 | icon 2856
Azərbaycan nefti maksimum həddə bahalaşıb- 67,71 dollar

Azərbaycan neftinin qiyməti bahalaşıb.

YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,64 dollar artaraq 67,71 dollar təşkil edib.

 Bu, son iki ilin maksimum göstəricisidir.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.