logo

Meşə yanğınları PUA-lar vasitəsilə izlənəcək- Nazir

09:39 19-04-2021 | icon 3206
Meşə yanğınları PUA-lar vasitəsilə izlənəcək- Nazir

Türkiyə ərazisində yanğına həssas olan meşəliklər pilotsuz uçuş aparatları (PUA) vasitəsilə izləniləcək.

 

YeniAvropa  "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli məlumat verib.

Nazirin sözlərinə görə, bu məqsədlə fəaliyyətə 4 PUA cəlb olunacaq.

Türkiyə ilə bərabər Şimali Kipr meşələri də nəzarətdə saxlanılacaq.

Nazir qeyd edib ki, ötən il PUA-ların fəaliyyəti sayəsində 234 meşə yanğını təsbit edilib.