logo

Dünyada koronavirusdan ölənlərin sayı 3 milyon nəfəri ötüb

09:29 19-04-2021 | icon 3255
Dünyada koronavirusdan ölənlərin sayı 3 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 809 mindən çox artıb.

 

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 809 004 nəfər yeni koronavirusa yoluxub, 11 481 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 140 322 903, ölənlər isə 3 003 794 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.