logo

Ölkədə I mərhələ üzrə vaksin olunanların sayı 880 min nəfərə çatır 

17:11 17-04-2021 | icon 3374
Ölkədə I mərhələ üzrə vaksin olunanların sayı 880 min nəfərə çatır 

Aprelin 17-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 25 min 711 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 20 min 18, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5 min 693 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 325 min 34-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 879 min 356, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 445 min 678 nəfərdir.