Nazim İbrahimovun qardaşı yenidən dələduzluğa görə həbs edildi
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin “STS” şirkəti, “Sahil-D Kompani” MMC-nin təsisçisi, dələduzluq faktlarına görə əvvəllər məhkum edilmiş İbrahimov Sahib Hüseyn oğlunun yenidən oxşar xarakterli cinayət əməlləri törətməsinə dair xüsusi qərardadı əsasında 2021-ci ilin yanvar ayından başlayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluqdan YeniAvropa-ya bildirilib ki, həmin özəl təşkilatların vəzifəli şəxsləri barəsində kommersiya bankından daxil olmuş materiallar da qeyd edilən cinayət işinə əlavə edilməklə iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilib.
Cinayət işi üzrə aparılmış istintaq-əməliyyat tədbirləri ilə “STS” şirkəti və “Sahil-D Kompani” MMC-nin təsisçisi Sahib İbrahimovun qeyd edilən təşkilatların digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq verdiyi tapşırıqlar əsasında əvvəlcədən vəd edilmiş əmlakı alıcıya vermək niyyəti olmadan tikintisi aparılan binalarda qeyri-yaşayış sahələrinin satılması görüntüsünü yaratmaq məqsədilə yalan vəd verərək saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı vaxtlarda vətəndaşdan ümumilikdə 1 milyon 735 min manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Sahib İbrahimovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə fərdi sahibkar kimi tikinti işlərinin aparılması üçün xərclərin ödənilməsi adı ilə kommersiya bankından 300 min manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında, 2021-ci il aprelin 17-də Sahib İbrahimova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, sonuncu istintaq orqanının çağırışlarına gəlmədiyindən və müxtəlif üsullarla ibtidai istintaqın normal gedişinə mane olduğundan məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda Sahib İbrahimovun digər qanunsuz hərəkətləri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında intensiv istintaq hərəkətləri aparılır.
İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Sahib İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşıdır.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb