logo

Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yaz sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak edib

14:44 17-04-2021 | icon 2093
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yaz sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (PA) yaz sessiyasında iştirak etmək üçün Sankt-Peterburqda səfərdə olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak ediblər.

Belə ki, aprelin 15-də Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının şura iclasında iştirak edib. İclasda təşkilatın 52-ci plenar iclasında müzakirəyə çıxarılan sənədlərə baxılıb, qurumun fəaliyyəti ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Aprelin 16-da Azərbaycanın parlament nümayəndə heyəti MDB Parlament Assambleyasının 52-ci plenar iclasına qatılıb. İclasda Assambleya tərəfindən işlənib hazırlanmış sənədlər müzakirə edilib.

MDB PA-nın yaz sessiyası çərçivəsində qurumun daimi komissiyalarının iclasları da keçirilib.

Milli Məclisin deputatlarından Arzu Nağıyev Təhlükəsizlik və yeni çağırışlara və təhdidlərə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə Birgə Komissiya ilə Müdafiə və təhlükəsizlik üzrə Daimi Komissiyanın iclaslarında, Emin Hacıyev Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi Komissiyanın iclasında və COVID-19 pandemiyası qarşısında demokratiya məsələlərinə həsr olunmuş sessiyada, Rüfət Quliyev İqtisadiyyat və maliyyə üzrə Daimi Komissiyanın iclasında iştirak ediblər. İclasda Milli Məclisin deputatı Rüfət Quliyev MDB PA-nın İqtisadiyyat və maliyyə üzrə Daimi Komissiyasının sədr müavini seçilib.

MDB Parlamentlərarası Assambleyasının terrorizmə və ekstremizmə qarşı mübarizəyə həsr olunmuş konfransın seksiyalarında Milli Məclisin deputatları Nizami Səfərov, Arzu Nağıyev, Əminə Ağazadə müzakirə olunan məsələlərə münasibət bildiriblər.

Burada keçirilən tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və MDB-nin Parlamentlərarası Assambleyasında Milli Məclisin daimi nümayəndəsi – Baş katibin müavini Aydın Cəfərov iştirak ediblər.

Səfər aprelin 16-da başa çatıb.