logo

İranda 22 yaşlı qadın beşəm oğlan uşağı dünyaya gətirdi

12:27 17-04-2021 | icon 3262
İranda 22 yaşlı qadın beşəm oğlan uşağı dünyaya gətirdi

İranın Fars əyalətindəki Lamərd şəhərində 22 yaşlı qadın hamısı oğlan olmaqla beşəm uşaq dünyaya gətirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ana özünü çox yaxşı hiss edir. Uşaqlar isə hələlik xəstəxanada həkim nəzarətindədir. Həkimlər qeyd edirlər ki, bir həftədən sonra körpələr evə buraxılacaq.

Sürücü işləyən körpələrin atası bildirib ki, 5 uşağın birdən olacağını gözləməyib. O yeni və daha çox gəliri olan iş axtarışında olduğunu bildirib.