logo

7 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb

09:49 17-04-2021 | icon 2093
7 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb

Aprelin 16-da respublika ərazisində yeddi nəfər aktiv koronavirus xəstəsi daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai yerlərdə aşkarlanaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq olunmuş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik",-deyə DİN-in məlumatında bildirilib.