logo

Azərbaycanda daha 2163 nəfər koronavirusayoluxdu, 32 nəfər öldü

18:58 16-04-2021 | icon 3409
Azərbaycanda daha 2163 nəfər koronavirusayoluxdu, 32 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2251 nəfər müalicə olunaraq sağalıb, 2163 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 296 min 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 260 min 193 nəfər müalicə olunaraq sağalıb, 4077 nəfər vəfat edib. Aktiv xəstə sayı 32104 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 82 min 157 test aparılıb. Bugünkü test sayı isə 13478-dir.