logo

ABŞ-dan yeni sanksiya:Vaşinqtondakı 10 rus diplomatı ölkədən çıxarır

18:16 15-04-2021 | icon 3038
ABŞ-dan yeni sanksiya:Vaşinqtondakı 10 rus diplomatı ölkədən çıxarır

ABŞ prezidenti Co Bayden Moskvaya qarşı yeni sanksiyaların tətbiq edilməsi haqqında fərman imzalayıb.

 YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, sənədə əsasən, ABŞ Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşını ölkədən çıxarır.

Bundan başqa, Birləşmiş Ştatlar öz kompaniyalarına Rusiya Mərkəzi Bankı, Milli Rifah Fondu və Maliyyə Nazirliyi tərəfindən buraxılmış borc qiymətli kağızlarını birbaşa almağı qadağan edib.

Vaşinqton, həmçinin “Rusiya xüsusi xidmət orqanlarına dəstək göstərən” altı texnoloji kompaniyaya qarşı məhdudiyyətlər tətbiq edib. Siyahıya “Era” hərbi texnopolisi də daxil olunub.