logo

“Taliban”:"Mayın 1-dək bütün xarici qoşunların Əfqanıstandan çıxarılılsın"

15:55 15-04-2021 | icon 2933
“Taliban”:"Mayın 1-dək bütün xarici qoşunların Əfqanıstandan çıxarılılsın"

“Taliban” hərəkatı amerikalı hərbçilərin Əfqanıstandan çıxarılmasında ləngimələrin olmasını Doha şəhərində əldə olunan sazişi pozmasını səbəb göstərərək, mayın 1-dək bütün xarici qoşunların Əfqanıstandan çıxarılmasını tələb edən bəyənat yayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bəyanatda taliblər hərbi kontingentin Əfqanıstandan çıxarılması prosesinin daha bir neçə ay təxirə salınmasının Dohada əldə olunan sazişin pozulması və öhdəliklərin yerinə yetirilməməsi kimi qiymətləndiriblər.

“Taliban” Amerikanı və digər xarici qüvvələri müharibənin uzadılmasına haqq qazandırmamağa və bütün qoşunlarını ölkədən çıxarmağa çağırıb. Taliblərin bəyanatında, həmçinin bildirilir ki, sazişin pozması səbəbindən baş verə biləcək hadisələrin məsuliyyəti ABŞ tərəfinin üzərinə düşür.

Qeyd edək ki, bir müddət öncə ABŞ prezidenti Cozef Bayden hərbi kontingentin Əfqanıstandan çıxarılması prosesinin mayın 1-dən başlanacağı və sentyabrın 11-dək başa çatacağı barədə bəyanat verib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Əfqanıstanı tədricən tərk edəcək və proses müttəfiqlər və tərəfdaşlarla tam koordinasiyalı şəkildə həyata keçiriləcək.

Xatırladaq ki, ABŞ-ın əvvəlki administrasiyası ilə “Taliban” hərəkatı arasında imzalanan sülh sazişinə əsasən, amerikalı hərbçilər mayın 1-nə qədər Əfqanıstan ərazisini tərk etməlidir.