logo

Türkiyə səfiri Erkan Özoral sabah Bakını tərk edəcək

13:33 15-04-2021 | icon 1449
Türkiyə səfiri Erkan Özoral sabah Bakını tərk edəcək

Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral sabah Bakını tərk edəcək.

YeniAvropa xəbər verir ki, diplomat aprelin 16-da ölkəsinə qayıdacaq.

E.Özoral 2016-cı ildən Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində çalışıb. Onun səlahiyyət müddəti bu ay başa çatıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Cahit Bağçı Azərbaycana səfir təyin olunub.

Yeni səfirin yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir.