logo

Ucarda arvadını qətlə yetirən ər həbs edildi

10:30 15-04-2021 | icon 1232
Ucarda arvadını qətlə yetirən ər həbs edildi

Aprelin 14-də saat 15 radələrində Ucar rayonu, Qarabörk kəndi ərazisində rayon sakini 1985-ci il təvəllüdlü Kərimova Validə Məzahir qızının bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Ucar rayon Prokurorluğundan məlumat verilib.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
 
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri Məmmədov Qasım Fazil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Validə Kərimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Ucar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Qasım Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.