logo

Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

09:49 15-04-2021 | icon 1197
Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır
Bu gündən "Azəristiliktəchizat" ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandıracaq.
 
YeniAvropa xəbər verir ki, bunu KİV-ə açıqlamasında səhmdar cəmiyyətinin rəsmisi Rafiq Əliyev bildirib.
 
Onun sözlərinə görə, bəzi dağlıq və dağətəyi rayonlarda istilik təchizatı mayın 1-nə qədər davam edəcək.
 
"Bu gündən ümumilikdə 3 800 yaşayış binasına, həmçinin layihə üzrə 287 orta məktəbə, 162 uşaq bağçasına, 160 səhiyyə müəssisəsinə və 1 800-ə yaxın digər sosial-təsərrüfat obyektinə verilən istilik dayandırılacaq. Bu isə 559 qazanxana və 90 istilik məntəqəsinin fəaliyyətini dayandırması deməkdir. Onu da qeyd edim ki, bu qərar isti su ilə təmin etdiyimiz abunəçilərə şamil edilmir", - deyə R.Əliyev qeyd edib.
 
Qeyd edək ki, Azərbaycanda hər il istilik mövsümü noyabrın 15-də başlayər, növbəti il aprelin 15-də başa çatıb. Ötən il "Azəristiliktəchizat"ın Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə 18 milyon manat borcu olması səbəbindən əhaliyə istiliyin verilməsi noyabrın 18-nə qədər yubanmışdı.
Xatırladaq ki,  ötən il pandemiya səbəbindən, baş nazirinin tapşırığı ilə ölkə ərazisində istilik mövsümü aprel ayının 25-nə qədər uzadılmışdı.