logo

Türkiyənin sabiq baş naziri vəfat edib

22:36 14-04-2021 | icon 1197
Türkiyənin sabiq baş naziri vəfat edib

Türkiyənin sabiq baş naziri Yıldırım Akbulut 86 yaşında vəfat edib.

YeniAvropa xəbər verir ki, 1984-cü il oktyabrın 26-dan 1987-ci il sentyabrın 6-dək Türkiyənin daxili işlər naziri işləyən Y.Akbulut 1987-ci ildən 1989-cu ilə qədər Türkiyə Böyük Millət Məclisinin sədri olub.

Fəaliyyətini 1988-1991-ci illər arasında Turqut Özalın prezidentliyi dövründə Türkiyənin baş naziri olaraq davam etdirib.

Y.Akbulut müalicə aldığı Ankara Universiteti Tibb fakültəsi xəstəxanasında dünyasını dəyişib.