logo

Ermənistan prezidenti Gürcüstana səfər edəcək

17:47 14-04-2021 | icon 1659
Ermənistan prezidenti Gürcüstana səfər edəcək

Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstana işgüzar səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə A.Sarkisyan özünün “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, aprelin 15-də başlayacaq səfər zamanı həmkarı Salome Zurabişvili ilə görüşəcək.

Sarkisyanın mətbuat xidmətinin yaydığı məlumatda isə onun həmkarı Salome Zurabişvilinin dəvəti ilə həyat yoldaşı Nune Sarkisyanla birlikdə Gürcüstan paytaxtına səfər edəcəyi vurğulanıb. Tərəflər ikitərəfli gündəliyi, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edəcəklər.