logo

Boksçumuz dünya çempionatında erməni idmançını məğlub edib

17:27 14-04-2021 | icon 1757
Boksçumuz dünya çempionatında erməni idmançını məğlub edib

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

YeniAvropa xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin üzvü Əli Zamanov (52 kq) ilk döyüşünü keçirib. Bu döyüşdə Avropa çempionumuz ermənistanlı Ruben Qarboyanla (Ermənistan) üz-üzə gəlib. Ə.Zamanov rəqibini 3:0 (28:28, 29:27, 29:27, 29:27, 28:28) hesabı ilə məğlub edib. O, səkkizdəbir finalda ilk mərhələdən azad olan tailandlı Tanakon Aonyaemlə qarşılaşacaq. Görüş aprelin 15-də baş tutacaq.

Qeyd edək ki, 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyində yığmamız 9 idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq.