logo

Rusiya XİN:Türkiyəyə aviareyslərin dayandırılması siyasi səbəblə deyil

15:05 14-04-2021 | icon 1554
Rusiya XİN:Türkiyəyə aviareyslərin dayandırılması siyasi səbəblə deyil

Türkiyə ilə Rusiya arasında aviareyslərin dayandırılmasını siyasi səbəblərlə bağlamaq cəhdlərinin heç bir əsası yoxdur.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bunu XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bugün keçirdiyi brifinqdə jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, Rusiya ilə Türkiyə arasında bir sıra sahələrdə, o cümlədən siyasi və iqtisadi istiqamətlər üzrə münasibətlər uğurla inkişaf edir. İki ölkənin energetika sahəsində, regional və beynəlxalq böhranlarla bağlı bir sıra məsələlər üzrə əməkdaşlığı bu münasibətlərin ikitərəfli inkişafını əks etdirir.

M.Zaxarova qeyd edib ki, Rusiya tərəfi öz vətəndaşlarına ciddi xəbərdarlıq edir: ölkə hüdudlarından kənara hər hansı səfərlər epidemioloji və logistik risklərlə bağlıdır. Türkiyə ilə Rusiya arasında aviareyslərin dayandırılmasını siyasi səbəblərlə bağlamaq cəhdlərinin heç bir əsası yoxdur.