logo

Ələkbər Mirqədirov ABŞ-ın Aya göndərəcək missiyasında yer alır

11:33 13-04-2021 | icon 1358
Ələkbər Mirqədirov ABŞ-ın Aya göndərəcək missiyasında yer alır

ABŞ-da Aya uçuşa namizədlərdən biri məlum olub. Bu, ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) zabiti, Azərbaycan əsilli Ələkbər (Allen) Tərlan oğlu Mirqədirovdur.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, 42 yaşlı Allen Mirqədirov Bakıda doğulub, paytaxtdakı 45 saylı məktəbi bitirib, 1991-ci ildə isə ailəsi ilə birgə Birləşmiş Ştatlara köçüb. O, ABŞ-da San-Diyeqo Universitetini bitirib, aerodinamikanın incəliklərini öyrənib, daha sonra 10 ildən artıq ABŞ HHQ-də xidmət edib.

A.Mirqədirov 2014-cü ildən Marsa, 2019-cu ildən isə Aya uçuşlara namizəddir. Həmyerlimiz ədəbiyyatla maraqlanır, Yuri Qaqarinin həyatı və Molla Nəsrəddinin lətifələri barədə nəşrlər onun sevimli kitablarıdır.